Türkiyədə mənzil və kirayə qiymətlərindəki hədsiz artımlara qarşı yeni addım atılıb. Belə ki, 50 min ofis yaşayış shəsinə çevriləcək.

Türkiyədə mənzil və kirayə qiymətlərindəki hədsiz artımlara qarşı yeni addım atılıb. Ofisləri evə çevirən qaydalar Rəsmi Qəzetdə dərc olunub. Marja xəbər verir ki, Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum 50 min ofisin evlərə çevriləcəyini açıqlayıb.

Qurumdan bildiriblər ki, kirayə və ya satıla bilməyən ofislər yaşayış yerinə çevriləcək.

Nazir Kurum Twitter hesabından etdiyi açıqlamada, “Mənzil-kirayə qiymətlərini endirmək üçün hər addımı atırıq. İstanbulda təxminən 1,5 milyon kvadratmetr, ölkə daxilində isə 4 milyon kvadrat metr satılmayan ofis sahələri yaşayış sahəsinə çevriləcək. Bu, 50 min yeni ev deməkdir!” ifadələrdən istifadə edib.

Yeni qərar ilə İstanbulda 10 min, ölkə daxilində isə 40 min yeni mənzil yaradılacaq.