Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) oktyabr ayı üzrə mənzil qiymətləri indeksini açıqlayıb.

Marja.az xəbər verir ki, oktyabrda mənzil qiymətləri illik 86,46 faiz artıb.

İllik artım sentyabr ayında 89,2 faiz olaraq qeydə alınmışdı.

Oktyabr ayında illik artım inflyasiyaya uyğunlaşdırıldıqda artım 15,4 faiz təşkil edib.

Oktyabr ayında aylıq artım 3,83% olub. Beləliklə, 5 ayın ən aşağı aylıq artımı qeydə alınıb.

Ankarada mənzil qiymətləri oktyabr ayında illik 101,5 faiz artıb. Ankarada 1 kvadrat metrin orta qiyməti 23 min 303 TL olub.

Ankaranın ardınca 80 faiz artımla İzmir gəlir. İzmirdə kvadrat metrin orta qiyməti 34 min 774 TL təşkil edib.

İstanbulda mənzil bazarında “soyuma” davam edib. İstanbulda oktyabr ayında illik artım 74,4 faiz təşkil edib. Kvadrat metrin orta qiymətinə görə İstanbul 44 min 386 TL ilə birinciliyini qoruyub.