Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) mənzil qiymət indeksi Aprel ayında illik 32,4% artaraq rekord yeniləyib.

Marja xəbər verir ki, indek Aprel ayında May ayı ilə müqayisədə 2%, keçən ilin aprel ayı ilə müqayisədə isə 32,4% artıb.

Yeni mənzillər üzrə qiymət indeksi keçən illə müqayisədə 35,6%, köhnə mənzillər üzrə qiymət indeksi isə 31,6% artıb. Mənzillərin kvadrat metrinin orta qiyməti isə 4 min 225 TL təşkil edib.

İstanbulda qiymətlər 28,6%, İzmirdə 34,3%, Ankarada isə 29,8% artıb.