Hava keyfiyyətinin monitorinqi və hava təmizləyiciləri istehsalçısı olan İsveçrənin “IQAir” şirkəti Tehranı dünyanın ən çirkli şəhəri elan edib.

Bu barədə “Azad İran” məlumat yayıb.

Məlumata görə, İran 207 indekslə hava çirklənməsi cədvəlinə başçılıq edir.

Bildirilir ki, təmiz havadan istifadə hüququ İranın xüsusən də böyük şəhərlərində ciddi şəkildə pozulan əsas vətəndaş hüquqlarından biridir.

Statistik hesabatlar göstərir ki, İranda hər il 50 min insan havanın çirklənməsinin yaratdığı xəstəliklərdən ölür, lakin bu böhranla mübarizə üçün səlahiyyətlilər tərəfindən ciddi və kifayət qədər tədbirlər görülmür.

MənbəOXU.AZ