Bu ilin I rübündə Gürcüstanın paytaxtı Tbilisidə daşınmaz əmlak bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 13,6% artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Rüblük müqayisədə yeni yaşayış binalarında mənzillər 1,8%, fərdi evlər isə 2,6% bahalaşıb.

Ötən ilin eyni dövrünə nisbətdə isə mənzillərin qiymətində 12%, fərdi evlərin qiymətində isə 18,3% artım qeydə alınıb.