Sürix “Mercer” konsaltinq qrupunun versiyasına görə əcnəbi mütəxəssislər üçün dünyanın ən yaxşı şəhərlərinin reytinqində birinci yeri tutub. Analitiklər qeyd edirlər ki, burada dövlət xidmətləri yüksək, cinayyət isə ağaı səviyyədədir.
Əcnəbilər üçün ən əlverişli şəhərlərin reytinqinə daha üç İsveçrə şəhəri daxil olub: Cenevrə (üçüncü yer), Bern və Bazel (müvafiq olaraq 9-cu və 10-cu yerlər). İkinci yeri Vyana, dördüncü yeri Kopenhagen, beşinci yeri isə Yeni Zelandiyanın Oklend şəhəri tutub. Altıncı yerdə Amsterdam, yeddinci yerdə Frankfurt, səkkizinci yerdə isə Kanadanın Vankuver şəhəri qərarlaşıb.
Asiya şəhərləri arasında ən yüksək yeri Sinqapur (30-cu), Yaxın Şərqdə Dubay (83-cü), Afrikada Port Lui (88-ci yer), Latın Amerikasında isə Montevideo (92-ci yer) tutub. Reytinqdə ən təsirli artım cinayət və ətraf mühitlə bağlı vəziyyətin yaxşılaşması hesabına il ərzində 26 pillə yüksələn Los-Ancelesdə göstərilib.
Boston ABŞ-də ən əlverişli şəhərdir (32-ci yer). 241 aqlomerasiyanın daxil olduğu reytinqdə sonuncu yerləri Afrika və Yaxın Şərqin şəhərləri tutub: Xartum (Sudan), Bağdad (İraq) və Banqi (CAR).