Şotlandiyada helikopterdə tikilmiş qeyri-adi otel açılıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, ölkə sakini Martin Stidman həyat yoldaşı ilə birlikdə helikopteri keçən il hərracda 7000 dollara alaraq, lazımi çatışmayan hissələrlə təchiz edib və ilkin görünüşünə qaytarıb.

Helikopterdə interyer və mebel elə seçilib ki, iki böyük və üç uşaq rahat otura bilsin. Pəncərədən görünən heyrətamiz təbiət mənzərələri oteldə yaşamaq istəyən turistlər üçün cəlbedici məkana çevrilib. Burada bir gün dincəlmək 200 dollara başa gəlir.