Sinqapurun İncəsənət və Elm Muzeyi dünyada yaradıcılıq prosesinin elm və sənətdəki rolunu və cəmiyyətin şüuruna təsirini araşdıran ilk muzeydir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, lotus çiçəyini xatırladan bənzərsiz bina mərkəzdə bağlanmış 10 sütuna əsaslanır. Muzeydə təxminən 20 sərgi salonu və 6000 kvadratmetr ərazini əhatə edən sərgi sahəsi var.

Memar Moşe Safdinin layihəsi əsasında ərsəyə gələn muzeyin inşasında müasir tikinti materiallarından və eləcə də cəbri həndəsədən istifadə edilib ki, bu da memarlıqda əsl yenilik hesab olunur.

Muzey eyni vaxtda təxminən 3500 ziyarətçi qəbul edə bilər.