Niderlandın “Levs Architecten” şirkətinin mütəxəssisləri “Harbour Club” layihəsi çərçivəsində Amsterdamın şərq hissəsində, keçmiş liman ərazisində istifadə olunmamış şərab saxlama çənlərini rahat mənzillərə çeviriblər.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, binanın damında üç köhnə sistern quraşdırılıb. Gələcək sakinlərin təhlükəsizliyi memarlar üçün əsas prioritet olduğundan çənlər təmizlənib, lazımi istilik izolyasiyası və mühəndis sistemləri ilə təchiz edilib.

Mənzillər yemək, qonaq, yataq və vanna otaqları, eləcə də, mətbəxdən ibarətdir. Bundan əlavə, daxili məkanları təbii işıqla təmin etmək üçün çənlərdə pəncərələr düzəldilib.