Pul əskinaslarından ibarət evi işsizlik müavinəti hesabına yaşayan irlandiyalı adi bir rəssam tikib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, əskinasların ümumi məbləği 1,4 milyard avro təşkil edib.

Maraqlıdır ki, rəssam tikintiyə bir qəpik də xərcləməyib, yararsızlığına görə bankdan silinmiş pulları əsas götürüb.

Rəssam sadəcə olaraq lazımsız əskinasları yonqarlara çevirdikdən sonra onları sıxıb. Alınan məhsul material kimi xidmət edib.