Honkonq sakinlərini göydələnlərlə təəccübləndirmək mümkün deyil. Meksikanın “Cachoua Torres Camilletti” dizayn studiyasının bu baxımdan təklif etdiyi layihə isə fantastik filmdən kadra bənzəyir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, memarların təklif etdiyi iki çoxmərtəbəli bina layihəsində şaquli düyü sahələri bir çox körpü ilə biri-birinə bağlanacaq.

Müəlliflərin fikrincə, belə bir qeyri-standart layihənin reallaşması üçün böyük maliyyə vəsaiti tələb olunduğundan onun yaxın zamanda ərsəyə gəlməsi mümkünsüzdür.