Amsterdamlı memarlar tərəfindən hündürlüyü 50 metr olan 350 tonluq liman kranı kifayət qədər rahat bir otelə çevrilib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, otelin otaqlarının hər biri özünəməxsus üslubda hazırlanıb.

Otel sakinlərini yuxarı qaldırmaq üçün kran panoramaya malik liftlə təchiz edilib. Oteldəki 3 nömrədə yaşamaq ziyarətçilərə gündəlik təqribən 500 dollara başa gəlir.