İnsan təxəyyülünün həddi-hüdudu yoxdur. Dizayner Benedetto Bufalinonun ağlına gələn ideya da böyük ictimai maraq doğurub.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, dizayner köhnə avtobusu yan tərəfə çevirərək ondan əsl hovuz düzəldib. Bunun üçün isə avtobusdakı oturacaqları və digər lazımsız əşyaları sökmək lazım gəlib.

Hazırda avtobus-hovuz uşaqların sevimli əyləncə məkanına çevrilib.