“Folkart” şirkəti, İzmirin mərkəzində Körfəz mənzərəli 4 milyard lirə sərmayə dəyərinə malik daşınmaz əmlak layihəsini həyata keçirəcək.

Marja şirkətə istinadən xəbər verirki, “Folkart” şirkəti “Rönesans Holding” ilə “Tekfen Holding”in hər birinin 50% payla ortaq olduğu “Florya Gayrimenkul’” şirkətini satın alıb.

“Folkart”ın İdarə heyətinin sədri Mesut Sancak, yeni satın aldıqları şirkətin İzmirin mərkəzindəki ərazisində şəhərdə bu günə qədər yatırılmış ən böyük daşınmaz əmlak sərmayəsini reallaşdıracaqlarını bildirib: “2 min nəfərə məşğulluq təmin edəcək bu layihə, 4 milyard lirə sərmayəni nəzərdə tutur. 

Şəhərin mərkəzindəki Körfəz mənzərəli bu xüsusi sahədə, qarışıq, çox istiqamətli, çox funksiyalı, yaşıl sahələrin önə çıxdığı, mənzərə baxımdan Türkiyəyə nümunə olacaq, yenilikçi, arxitektura baxımdan ustalığın zirvəyə daşınacağı xüsusi bir layihəni həyata keçirəcəyik”.

“Folkart” şirkəti İzmirin Ev Mahalı Yeni Şəhər Mərkəzində torpaq sahəsi satın alıb.