“Knight Frank” konsaltinq şirkəti, koronavirus pandemiyası dövründə daşınmaz əmlak bazarında dəyişən qiymətləri olan ölkələrin reytinqini hazırlayıb. Siyahıya ümumilikdə 55 ölkə daxil olub.

AZƏRTAC xəbər verir ki, 2020-ci ilin birinci rübündən 2021-ci ilin ikinci rübünə qədər olan dövrdə ümumi bahalaşma fonunda İspaniyada ən çox – 0,9 faiz əmlak bazarında qiymətlər aşağı düşüb. İkinci yerdə Hindistan (0,5 faiz) qərarlaşıb.

Qiymətlərin əksinə artdığı ölkələr siyahısına Türkiyə liderlik edir. Burada daşınmaz əmlak 29,20 faiz bahalaşıb. Siyahıda daha sonra Yeni Zelandiya ( 25,90 faiz) və ABŞ (18,60 faiz) yer alıblar.