2023-cü ilin yanvar ayında İran vətəndaşları Türkiyədə 526 daşınmaz əmlak satın alıblar ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 235 obyekt azdır.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyədə əmlak satışları 2022-ci ilə nəzərən 10,6 faiz artaraq 97 min 708 olub.

2023-cü ilin yanvar ayında əcnəbi vətəndaşlara satılan əmlakların sayı 2022-ci illə müqayisədə 0,6 faiz azalaraq 4 min 161 olub.