Yeni Zelandiyanın mobil evlər üzrə ixtisaslaşan “Build Tiny” dizayn firması “The River Banks” adlı yeni dartıla bilən mini mənzil təqdim edib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, təkərlər üzərində hərəkət edən səyyar ev səyahət həvəskarları və əlverişli mənzil axtaranlar üçün çox uyğundur. Uzunluğu 7,2 metr və eni 2,4 metr olan ev qonaq və vanna otaqlarından, həmçinin yaxşı təchiz olunmuş mətbəxdən ibarətdir. Mobil ev alternativ enerji mənbəyi olan günəş panelləri ilə isidilir. Bundan başqa, evdə quraşdırılan çoxsaylı pəncərələr hər zaman təbii işığa olan ehtiyacı ödəyir.

Firmanın mütəxəssisləri kompaktlığa xüsusi diqqət yetiriblər.