Malayziyanın paytaxtı Kuala-Lumpurda yerləşən Petronas Qüllələri müasir dünyanın arxitektura möcüzələrindən biri olmaqla, ən uzun əkiz göydələnləri hesab edilir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, kompleksin hündürlüyü yarım kilometrə (452 metr) bərabərdir.

Ümumi sahəsi 213 min 750 kvadratmetr təşkil edən bina konfranslara, sənət qalereyaları və konsert salonlarına ev sahibliyi edir. Hər qüllə 88 mərtəbədən ibarətdir və 20 hektar ərazini əhatə edir. Bir binanın bütün şüşələrini təmizləmək üçün ən azı 30 gün lazımdır. Qüllələrin maraqlı bir xüsusiyyəti də ikimərtəbəli liftlərdir. Bunlardan biri cüt mərtəbələr, digəri isə tək olanlar üçündür.

Qüllələrin tikintisi təxminən 800 milyon dollara başa gəlib.