İsveçin Stokholm şəhərinin metrosu dünyanın ən uzun incəsənət qalereyası adlandırılır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, 100 metro stansiyasından 90-nı turistlərə sənətin müxtəlif növləri və istiqamətlərinin nümayəndələrinin yaradıcılığı ilə tanış olmaq imkanı yaradır.

Burada sərnişinləri və turistləri cəlb edən inanılmaz mağaralar, heykəllər və klassik memarlığın guşələri, divar relyefləri, mozaikalar, hətta videoqurğular var.

Metroda tez-tez maraqlı sərgilər keçirilir. Tanınmış rəssamlar belə, öz işlərini Stokholm metrosuna təqdim edirlər.