İsveçrədə açılan unikal kinoteatr dünyanın ən qeyri-adi kinoteatrlarından biri hesab olunur.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, kinoteatr kreslolarla deyil, rahat çarpayılarla təchiz edilib. Dizaynerlərin fikrincə, belə interyer insanlara özünü evdəki kimi hiss etdirəcək.

Zala daxil olan tamaşaçılara birdəfəlik başmaqlar verilir. Hər tamaşadan sonra isə yorğan və balış üzlükləri dəyişdirilir.