Memar Robert Brunonun layihəsi ilə futuristik üslubda tikilən ev dünyanın ən dəbdəbəli evlərinin reytinqinə daxildir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, memarın təqdim etdiyi dəmir evin nəinki dayaq dirəkləri, həmçinin fasadı da metaldan hazırlanıb.

İyirmi ilə başa gələn evin inşasında 110 ton poladdan istifadə olunub. Dəmir evin yaşayış sahəsi isə təqribən 300 kvadratmetrdir.

Maraqlıdır ki, evin tikintisində memar bilavasitə özü iştirak edib.