Almaniyada “Radisson Blu” hoteli dünyanın ən böyük silindrik akvariumuna malikdir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, akvarium təxminən 1 milyon litr dəniz suyu ilə doldurulur. Doqquz metrlik beton təməl üzərində yerləşən akvariumda 56 növ 1500 tropik balıq üzür. Bir-birinə bağlanan, dörd hissədən ibarət olan akvarium akril şüşədən hazırlanıb və silindrik formaya malikdir.

Maraqlıdır ki, akvarium otelin əsas cazibəsinə çevrilərək tikilib. Otel qonaqlarına tropik sualtı dünyasına və ya şəhərə baxan 427 mənzil təklif edir.