Dünyanın ən qeyri-adi evlərindən biri Danimarkanın Vejle şəhərində dalğanı xatırladan yaşayış binasıdır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “Henning Larsen Architects” memarlıq studiyası tərəfindən reallaşdırılan binanın tikintisi maliyyə böhranı səbəbindən on bir ilə başa gəlib.

Memarlar layihəni hazırlayarkən yerli landşaftı nəzərə alıblar. Sahildə yerləşən, 140 mənzildən ibarət dalğa-bina 14 min kvadratmetr sahədə yerləşən 5 korpusdan ibarətdir.

Bina suda gözəl əks olunur və axşamlar işıqlı dağlara bənzəyir. Dalğa-bina Skandinaviya memarlıq üslubunda hazırlanıb.