Cənubi Afrika Respublikasının “Frankie Pappas” memarlıq studiyasının mütəxəssislərinin layihəsi əsasında sıx meşədə müasir ferma evi tikilib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, qeyri-standart, dar ev təbii mühitə heç bir şəkildə müdaxilə etmir.

Kiçik çayın üstündəki qayalı təpənin yamacında yerləşən ev ərazinin təbiətini yaxşı bilən və yerli sakinlər üçün maarifləndirici proqramlar aparan yaşlı eko-aktivist cütlüyünə məxsusdur.

3D modelə malik evin həcmi cəmi 3,3 kvadratmetrdir.