Böyük Britaniyada ev qiymətlərində son 2 ildə ən sürətli artım sentyabr ayında müşahidə olunub.

Böyük Britaniyada orta ev qiymətləri sentyabr ayında illik müqayisədə son iki ilin ən sürətli artımını qeyd edib.

“Nationwide”ın məlumatlarına görə, ev qiymətləri sentyabr ayında illik 3,2% artıb.

Bu göstərici 2022-ci ilin noyabrından bəri ölkədə orta mənzil qiymətlərindəki ən sürətli artımdır.

Sentyabrda evlərin orta qiymətləri aylıq 0,7 faiz artıb. Beləliklə, ölkədə orta ev qiyməti 265 min 375 funt-sterlinqə yüksəlib.

Avqustda mənzil qiymətləri 0,2 faiz ucuzlaşmışdı.

Son aylar ölkədə gəlir artımı ev qiymətlərinin artımını üstələməyə davam edib, eyni zamanda borclanma xərcləri də İngiltərə Bankının gələcək rüblərdə faiz dərəcələrini azaltmağa davam edəcəyi gözləntilərinə uyğun olaraq düşüb. Bu tendensiyalar potensial alıcılar üçün əlverişli vəziyyət yaradır.