Niderlandın “Fiction Factory” şirkəti yüksək möhkəm preslənmiş kartondan istifadə edilən yığcam evlərin hazırlanması üzrə ixtisaslaşıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bir əsrlik ömrü olan ev cəmi 24 saat ərzində tikilə bilər.

Hazırda evlər yalnız Avropanın müəyyən bölgələrində satılır, orada onların arxasında növbələr yaranır. Evin çərçivəsi 24 qat kartonla bükülüb.

Holland dilindən Wikkelhouse (sarğı evi) kimi tərcümə olunan ev dərin təməllərə ehtiyac duymur. Ümumi çəkisi cəmi 3 ton olan evin dəyəri 30 min avrodur.