Rusiyanın Krasnoyarsk şəhərində yaşayan sahibkar Stas Rasiyanski tərəfindən istehsal edilən unikal “Norveç evləri” 95 min rubla təklif olunur.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, zavod şəraitində hazırlanan “Norveç evləri”ni tam hazır vəziyyətdə istənilən yerdə və 1 günə quraşdırmaq mümkündür. Adətən 1 otaqdan ibarət olan “Norveç evləri”nin gündəmə gəlməsi aztəminatlı insanların tələbatını ödəmək məqsədini daşıyır.

Hazırda evin istehsalı Krasnoyarskda uğurla fəaliyyət göstərir və 2022-ci ildə Rusiyanın 25 şəhərində və MDB ölkələrində istehsal müəssisələrinin açılması planlaşdırılır.