Amerikalı memar Frenk Qeri tərəfindən dizayn edilmiş Bilbao Guggenheim Muzeyi ötən əsrin ən yenilikçi memarlıq fikirlərinin möhtəşəm nümunəsidir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, titandan hazırlanmış muzey günəş şüaları altında rəngini dəyişdirən dalğalı xətlərlə bəzədilib. Ümumi sahəsi 24 min kvadratmetr olan muzeyin 11 min kvadratmetri sərgilərə həsr edilib.

Mütəxəssislərin fikrincə, bina dünyanın müasir memarlıq və muzeylərə baxışını dəyişdirərək sənaye şəhəri Bilbaonun simvoluna çevrilib.