Azərbaycan vətəndaşları bu ilin yanvar-sentyabr aylarında Türkiyədə 1 020, təkcə sentyabr ayında isə 162 mənzil alıb.

“Report” qonşu ölkənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 15,% çox və 11,5 % azdır.

9 ay ərzində Türkiyədə xarici vətəndaşlara 37 948, ötən ay isə 6 706 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 25,4 % və 43,4 % çoxdur.

Sentyabrda Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşları olub. Onlara ötən ay 1 323, yanvar-sentyabr aylarında isə 5 923 mənzil satılıb.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 990, yanvar-sentyabr aylarında isə 5 621 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə sentyabrda 540, yanvar-sentyabr aylarında isə 3 115 mənzilə sahib olub.