2021-ci ilin yanvar-dekabr aylarında (12 ay ərzində) azərbaycanlılar Türkiyədə 1517 mənzil alıblar. 2020-ci il ildə azərbaycanlılar Türkiyədə 1279 mənzil almışdılar. Təkcə Dekabrda azərbaycanlılar tərəfindən 192 mənzil alınıb. Noyabrda azərbaycanlılar tərəfindən 185 mənzil alınmışdı.

“Marja” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin Yanvar ayında 68 mənzil, Fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Aprel ayında 131 mənzil, May ayında 47 mənzil, İyun ayında 164, İyul ayında 127 mənzil, Avqust ayında 138 mənzil, Sentyabr ayında 162 mənzil, Oktyabr ayında 120 mənzil, Noyabr ayında 185 mənzil, dekabr ayında 192 mənzil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95, 35, 42, 70, 115, 154,183,137, 104  və 155 mənzil olmuşdu.

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 8-ci yerdədir.

Azərbaycanlılar Türkiyədə 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil, 2020-ci ildə 1279 mənzil alıblar.

Eyni zamanda, Türkiyənin bir çox böləsində mənzil qiymətləri aşağıdır.Türkiyə azı 250 min dollarlıq daşınmaz əmlak alanlara vətəndaşlıq verir. Türk lirəsinin dəyərdən düşməsi xaricilərə daşınmaz əmlak satışlarının artmasına səbəb olur.