Avstraliyanın “Casey Brown Architecture” memarlıq studiyası ev sahiblərinin gəlişi ilə biri çiçək kimi açılan iki ayrı mini qüllədən ibarət bənzərsiz kiçik evin tikintisini başa çatdırıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “Permanent Camping-2” adlanan evin əsas üstünlüklərindən biri də əsas qüllənin açıldıqda evin sahəsini ikiqat artıran mobil divarlara malik olmasıdır.

Qaldırıcı mexanizmlərinin köməyi ilə qüllənin 3 divarı qaldırılaraq pəncərələr açılır və “qutu” tam bir yaz evinə çevrilir. Qeyri-adi ev gündüzlər çiçək kimi açılır, gecələr isə avtomatik bağlanır.

“Ləçəkləri” bağlayarkən ev, həm də pis hava şəraitindən, vəhşi heyvanlardan və ya insanlardan etibarlı şəkildə qorunur.