Bir vaxtlar İtaliyada və Çində “şaquli meşələr” diqqəti çox cəlb edirdi. Bu yaxınlarda isə İngiltərənin “Sheppard Robson” memarlıq bürosu “Avropanın ən böyük “yaşıl divarına” çevriləcək çoxfunksiyalı binanın “Citicape House” layihəsini təqdim edib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, qeyri-adi evin tikintisi, ilk növbədə, London ətrafında havanın təmizlənməsi məqsədini daşıyır.

Mütəxəssislərin hesablamalarına görə, binanın fasadları ildə 8 tondan çox karbon udaraq 6 tona qədər oksigen istehsal edəcək.

11 mərtəbəli binada 5 ulduzlu otel, ofis və tədbirlərin keçirilməsi üçün zallar, bar və restoran yerləşəcək. Bina, həmçinin yağış suları vasitəsilə yaşıllıq zonasının suvarılması sistemi ilə təchiz ediləcək.