Ən zəngin insanlar Danimarkada, kasıblar Rumıniyada yaşayır…

Danimarka Mərkəzi Bankı Avropa İttifaqında ən varlı və yoxsul ev təsərrüfatlarına malik ölkələrin siyahısını müəyyənləşdirib.

Marja xəbər verir ki, qurum Avropa Mərkəzi Bankının maliyyə hesabları ilə bağlı açıqladığı məlumatları təhlil edərək, maraqlı nəticələrə gəlib.

Ev təsərrüfatlarının orta sərvəti və aktivlərinə görə Danimarka Avrozonada liderlik edir. Burda borc öhdəlikləri çıxıldıqdan sonra hər evə təxminən 1,32 milyon Danimarka kronu (210 min 259 dollar) sərvət düşür. Bu isə 27 üzvü olan Avropa İttifaqında orta göstəricinin (450 min kron) təxminən üç qatıdır.

Siyahıdakı növbəti yerlərin də əksəriyyəti Şimali və Mərkəzi Avropa ölkələrinə məxsusdur. Ən yoxsul ölkələrin sıralamasına isə 60 min kronla (9552 dollar) Rumıniya başçılıq edir.

Ən varlı ölkələrin 10-luğu:

Danimarka – 1 milyon 320 min kron

Niderland – 1 milyon 130 min kron

İsveç – 1 milyon 80 min kron

Lüksemburq – 930 min kron

Belçika – 900 min kron

Fransa – 590 min kron

Avstriya – 560 min kron

İrlandiya – 550 min kron

İtaliya – 540 min kron

Almaniya – 530 min kron

Ən yoxsul ölkələrin 10-luğu:

Rumıniya – 60 min kron

Slovakiya – 70 min kron

Bolqarıstan – 90 min kron

Polşa – 90 min kron

Xorvatiya – 110 min kron

Latviya – 110 min kron

Litva – 140 min kron

Macarıstan – 140 min kron

Yunanlstan – 140 min kron

Estoniya – 180 min kron

1 Danimarka kronu  = 0,1592 dollar