2022-ci ilin ikinci rübündə ABŞ-ın 185 ən böyük şəhər aqlomerasiyasında yaşayış üçün nəzərdə tutulmuş daşınmaz əmlakının orta qiyməti 14,2% artaraq 413,5 min dollar təşkil edib.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın Milli Rieltorlar Assosiasiyasından bildirilib.

Ev qiymətləri 184 aqlomerasiyada artıb və yalnız Nyu Cersi ştatının Trenton şəhərində ucuzlaşıb. Regionların 80%-də qiymətlər 10%-dən çox artıb, birinci rübdə isə şəhərlərin 70%-də ikirəqəmli artım qeydə alınıb.

“Ev qiymətlərindəki artım, xüsusilə aşağı və orta gəlirli amerikalılar üçün əmək haqqı artımı sürətini xeyli üstələyib”, – deyə Assosiyasının baş iqtisadçısı Lourens Yun deyib.