“CREDİT PLAZA” konsaltinq şirkəti – daşınmaz əmlak və biznes sahəsində kompleks konsaltinq xidmətləri, bank və sığorta xidmətlərinin göstərilməsini müşayət edən, dinamik inkişaf edən şirkətdir.
“CREDİT PLAZA” konsaltinq şirkəti 2009-cü, ilkin məqsədi daşınmaz əmlak və bank krediti sahəsinə investisiya yatırımlarının təşkili üçün ildə bir qrup biznes tərəfdaş tərəfindən yaradılmışdır. Şirkət fəaliyyətinin uğurunun əsası kimi, “müştəri yönümlü fəaliyyət” prinsipinə davamlı surətdə əməl olunmasında görür.
Şirkətin bazarda əsas maraqlarının spektri – investisiya və layıhə konsaltinqi; şəhər, şəhərətrafı, kommersiya yönümlü daşınmaz əmlaklarının broker xidmətləri; daşınmaz əmlakın rəsmiləşdirilməsində hüquqi xidmətlər, daşınmaz əmlakın rəsmiləşdirilməsində əmələ gələ bilən problemlərin həllinə hüquqi yardım; tibbi sığortadan tutmuş ipoteka sığortasına qədər geniş spektrli sığorta məhsulları; kredit brokerliyi: biznes,mikro və digər kredit növləri üzrə məlumatların axtarışı və təqdim olunması; qiymətli kağızlar və səhmlər üzrə məlumatların təqdim olunması, konsultativ kömək.
“Credit Plaza” markası altında bu sahədə geniş təcrübəsi olan peşəkarlar komandası toplanıb. Bizim anlamda daşınmaz əmlakda konsaltinq şirkətinin məqsədi – balanslaşdırılmış tələb və təklif nəticəsində, alıcı və satıcının maraqlarının üst-üstə düşdüyü effektiv bazar formalaşmasında iştirak etməkdir. Daşınmaz əmlak alıcıları və onların ehtiyacları barəsindəki bilgilərimiz sayəsində biz, daşınmaz əmlak bazarını bu cür harmonik inkişafa doğru yönləndirəcək təkliflər etməyə hazırıq.
İşimizdə rəhbər tutduğumuz əsas prinsiplər: məsləhətlərimizin məsuliyyəti – şirkət uzunmüddətli perspektivlər üzərində yanaşır,ona görə də bizim üçün hər bir sövdələşmə – şirkətin nüfuzunun bir daha təsdiq edilməsi üçün yaranan fürsətdir.
Daşınmaz əmlak sahəsində şirkətimiz aşağıdakı xidmətləri həyata keçirir:
“CREDİT PLAZA” konsaltinq şirkəti bazarda İLK dəfə olaraq ipotekada olan mənzillərin alışı və satışı xidmətini təklif etdi. Biz ipotekada olan mənzillərlə bağlı yaranan problemlərin həlli üçün müxtəlif variantlar təklif edirik. Biz, bu vəziyytdən çıxmaq üçün ən optimal çıxış yolu taparaq Sizlərə kömək edirik:
• ipotekadakı mənzili satmaq,
• ipotekadakı mənzildən çıxarılanda optimal variantın tapılması,
• ipotekadakı mənzilin satışının həyata keçirilməsi,
• kreditor-banklarla olan problemlərin həll olunması.
Bizim şirkət belə sövdələşmələrlə bağlı müsbət təcrübyə malikdir və biz, həm kreditorlarla (banklarla), həm də ipotekada olan mənzilin satılmasının səbəblərindən asılı olmayaraq borcalanlarla əməkdaşlığın genişləndirilməsinə hazırıq. Bu cür sövdələşmələrin çətinliyinə baxmayaraq komissiya ödənişi, təkrar əmlak bazarında tətbiq olunan ümumi ödəniş faizlərini ötmür.
Ümid edirik ki, bu məlumatlar Sizlərə düzgün seçim və qərar qəbul etməkdə kömək edəcəkdir.
Daha ətraflı məlumat almaq üçün mütəxəssizlərimizə müraciət edə bilərsiniz !
“CREDİT PLAZA” konsaltinq şirkəti girovda olan mənzil və daşınmaz əmlakın alış və satışı üzrə xidmətlərini təklif edir. Girovda olan daşınmaz əmlakla bağlı əməliyyatlar – nisbətən yeni növ xidmətdir, mənzilin və ya kommersiya təyinatlı daşınmaz əmlakın girov qoyulması müqabilində götürülmüş kreditin ödənilməməsi ilə bağlı bazarda olan çox az sayda şirkətlər, bu problemlə bağlı real həll variantları təklif edə bilərlər. Biz, daşınmaz əmlakın girov qoyularaq götürülmüş kreditlərlə bağlı problemlərin həll olunmasında köməklik göstərərək, hər bir konkret hadisə üçün məqbul həll variantları təklif edirik:
– girov mənzillərin və daşınmaz əmlakın alışı;
– girov mənzillərin və daşınmaz əmlakın satışı;
– mənzillərin girov qoyulması müqabilində kredit;
– kreditin ödənilməməsi probleminin həlli;
– məsləhətlər: mənzil və ya daşınmaz əmlak girovdadısa nə etmək;
– mənzil və ya daşınmaz əmlakın girov qoyulması müqabilində ipoteka;
– girovda olan daşınmaz əmlakla bağlı problemin ipoteka ilə həll olunması.
Biz, həm kreditorlarla (banklarla), həm də girovda olan daşınmaz əmlakın satılmasının səbəblərindən asılı olmayaraq borcalanlarla əməkdaşlığın genişləndirilməsinə hazırıq. Bu cür sövdələşmələrin çətinliyinə baxmayaraq, girovda olan mənzillərin və ya daşınmaz əmlakın satışının komissiya ödənişi, təkrar əmlak bazarında tətbiq olunan ümumi ödəniş faizlərini ötmür. Girovda olan mənzillərin və ya kommersiya təyinatlı obyektlərin problemlərinin həlli mümkündür. Zəng edin və ya konsultasiya üçün ofisimizə gəlin !
Şirkətimizin köməkliyi ilə Siz, yeni tikililərdə, təkrar bazarda maraqlandığınız sahələrdə və tələblərinizə tam cavab verən mənzillər, Bakı şəhəri və şəhərətrafında torpaq sahələri alıb-sata bilərsiniz. O cümlədən geniş məlumat bazamız bankların, sığorta və investisiya şirkətlərinin, ticarət nümayəndəliklərinin, yerli və xarici şirkətlərin ofis, ticarət və anbar sahələrində olan tələbatını qısa müddət ərzində ödəməyə imkan verir.
Şirkətimizin təklifləri ilə tanış olmaq üçün mütəxəssislərimizə müraciət edin !
“CREDİT PLAZA” konsaltinq şirkəti Avropa ölkələrində yerləşən iri daşınmaz əmlak şirkətləri ilə təmsilçilik müqaviləsi əsasında, həmin şirkətlərdən birbaşa daşınmaz əmlak – yaşayış və kommersiya təyinatlı əmlak təklif edir. Siz bizim şirkətin saytında maraqlandığınız ölkə üzrə keçid edib həmin ölkədəki əmlaka və onun satışa çıxarıldığı qiymətə baxa bilərsiniz. Xaricdəki daşınmaz əmlakın alqı-satqı prosesi birbaşa alıcı ilə avropadakı daşınmaz əmlak şirkəti arasında aparılır.
Daha ətraflı məlumat üçün bizim mütəxəssislərlə əlaqə saxlaya bilərsiniz !
“CREDİT PLAZA” konsaltinq şirkəti kredit brokerliyi xidmətləri göstərir. Kredit brokeri – əsas məqsədi ehtiyacı olan müştəriyə optimal uyğun kredit seçməkdə köməklik göstərən şirkətdir.
Biz maliyyə bazarının iştirakçısıyıq, çünki fiziki və hüquqi şəxslərə kredit ayrılması əməliyyatı prosesində banklar və borcalanlar arasında vasitəçi kimi çıxış edirik. Biz maliyyə institutlarından asılı deyilik və müştərilərin mənafelərinin təmsilçisiyik, biz bu və ya digər bankların kredit məhsulları variantları və işlərinin bütün üstün cəhətləri və çatışmamazlıqları barədə yaxşı bilgiyə malikik, biz tez və doğru şəkildə borcalanın vəziyyətini qiymətləndiririk və ona maksimal əlverişli şərtlərlə ən cəlbedici variantda kredit təklif edirik.
Şirkətimiz fəaliyyətində müştərinin mənafeyindən və onun vəziyyətindən çıxış edib kreditləşmənin optimal varinatını seçir. Banklara bizimlə əməkdaşlıq eləmək sərf edir, çünki biz müştəriləri cəl etməyə əlavə kanallar açırıq. Ona görə də bəzi banklar bizə kreditlərin alınması ilə bağlı olan müəyyən üstünlüklər verirlər – faiz dərəcələrinin nisbətən aşağı olması,bəzi hallarda komissiya yığımlarının ləğv olunması və əlavə ödənişlərin əhəmiyyəli dərəcədə aşağı salınması kimi, hansı ki müştərilərə əhəmiyyətli dərəcədə qənaət gətirir.
Bizim xidmətlər kredit alınmasına zəmanət vermir. Belə zəmanəti heç kim,o cümlədən Bankın özü də vermir. Biz “Ödəmə -ancaq nəticəyə görə” prinsipi ilə işləyirik. Bizimlə əməkdaşlıq – kreditin borcalan üçün ən yaxşı şərtlərlə alınması şansını artırmaqdır.
Bizimlə əməkdaşlığın müsbət məqamları:
• biz Sizin kredit alma şansınızı real dəyərləndiririk;
• biz Sizin kredit alma çansınızı dəfələrlə artırırıq;
• biz Sizə bank şərtləri, kredit dərəcələri, gizli komissiyalar barədə düzgün məsləhətlər veririk;
• Sizin müraciətinizlə biz Sizin kredit tarixinizi analiz edə bilərik;
• biz Sizə ən yaxşı bank məhsulları seçirik;
• Siz vaxtınıza əhəmiyyətli dərəcədə qənaət edirsiniz;
• Siz bankları gəzməkdən pullarınıza qənaət edirsiniz.
Ümumi götürdükdə bizimlə əməkdaşlıqda Siz – vaxtınıza, enerjinizə və pulunuza qənaət etmiş olursunuz !
Bizim şirkət 5 -dən artıq sığorta şirkətləri ilə əməkdaşlıq edir, biz sığorta məhsullarının geniş spektrini təklif edirik: tibbi sığortadan tutmuş ipoteka sığortasına kimi və s. Sığorta bazarında bir neçə illər uzunu işlədiyimizə görə biz dəqiq deyə bilərik: hansı sığorta şirkətləri fövqəladə hallarda sığorta ödənişləri edə bilərlər, o cümlədən biz məhz Sizə görə qiymət/keyfiyyət nisbətinə uyğun olan sığorta şirkəti seçə bilərik. Şirkətimizin əməkdaşları sığorta şirkətlərinin fəaliyyəti barədə məlumatlara , sığorta bazarı haqda rəsmi və qeyri-rəsmi məlumatlara malik olduqları üçün, sığorta məhsulu ilə bağlı bütün təklif spektrini müqayisə etmək və ən əlverişli variantı seçmək bizim vasitəmizlə tez və qıza zaman müddətində mümkündür. Sığortaçılardan fərqli olaraq biz hər hansı sığorta polisinin satılmasında maraqlı deyilik. Bizimlə əməkdaşlıq edərək Siz, vaxt itkisinə yol vermədən və müxtəlif təklifləri müqayisə etmədən zəmanətli, güvənli sığorta müdafiəsi alırsınız. Şirkətimiz Sizə aşağıdakı icbari və könüllü sığorta növlərini təklif edə bilər:
İcbari sığorta:
– işçilərinizin həyat sığortası;
– yaşayış evlərinin,mənzillərin, binalarının sığortası;
– avtomobillərin və s. sığortası.
Könüllü sığorta:
fiziki şəxslər üçün – həyat,əmlak, bədbəxt hadisələrdən,səyahət və s.,
hüquqi şəxslər üçün – əmlak, avadanlıq, nəqliyyat, məsuliyyət və s.
Sizə optimal sığorta məhsulunu seçmək üçün şirkətimizə müraciət edin !
“CREDİT PLAZA” konsaltinq şirkəti qiymətli kağızlar bazarı, səhmlər haqqında – bazarda mövcudluğu, qiymətləri, potensial satıcı və alıcıları barədə məlumatlar xidməti göstərir. Müştərilərimizin müraciətləri əsasında şirkətimiz müəyyən müəssisələrin səhmlərinə tələb və təkliflərin, həmin səhmlərin alış və satış mümkünlüyünün öyrənilməsini həyata keçirə bilər. O cümlədən şirkətimizin mütəxəssisləri Sizə güvənli FOREX ticarət platforması seçimində də köməklik göstərə bilərlər.
Məsləhətlər üçün bizim mütəxəssilərə müraciət edə bilərsiniz !