Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 sentyabr 2017-ci il tarixinə cəmi aktivləri  26 mlrd. 163,6 mln. manat, cəmi öhdəlikləri isə 23,145 mlrd. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 18,6 mln. manat olub.

 

Hesabat dövrünə əhalinin əmanətləri 6 mlrd. 999,5 mln. manatdır.
Bankların filiallarının sayı 557, şöbələrinin sayı 142, ATM-lərin sayı 2486-dır.

Bütövlükdə, bank sektorunun işçi heyəti 16340 nəfər təşkil edib.

 

Hazırda ölkədə fəaliyyət göstərən 123 bank olmayan kredit təşkilatlarının 178 filialında 2324 nəfər işçi çalışır.