Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 16 aprel 2025-ci il tarixdən etibarən başlayacaq.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə bildirilib ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

“Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər”-məlumatda qeyd edilir.

Əlavə məlumat almaq üçün ünvan və əlaqə nömrələri:

Bakı şəhəri

Babək prospekti 16

Qaynar xətt: (+994) 941