Bitkoinin qiyməti tarixi maksimumu yeniləyərək, 97 min ABŞ dollarını ötüb.

Bu barədə “APA-Economics” “Binance” kriptovalyuta birjasının göstəricilərinə isitnadən xəbər verir.

Belə ki, məlumata görə, hərraclar zamanı bitkoinin qiyməti 97 480 dollara çatıb, bu da 5,93% artım deməkdir.