Böyük Britaniyada istehlak qiymətləri oktyabr ayında illik müqayisədə 2.3% artıb, ölkənin Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir.

Belə ki, inflyasiya sentyabrdakı 1.7%-lə müqayisədə sürətlənib.

“Trading Economics”ə görə, analitiklər keçən ay orta hesabla qiymətlərin 2.2% artacağını gözləyirdilər.