Yaponiya Bankı növbəti il üçün faiz dərəcələrini 0.75%-ə qədər artırmalı ola bilər.

Banker.az-ın İnvestisiya bölməsi bildirir ki, bu barədə “Morgan Stanley MUFG Securities” iqtisadçıları WSJ-a bildiriblər.

“Genişlənən fiskal siyasət təkcə gələn il istehlakı artırmaqla qalmayıb, həm də struktur işçi qüvvəsi çatışmazlığı kimi təchizat tərəfli məhdudiyyətlər nəzərə alınarsa, inflyasiyanı da yüksəldə bilər,” deyə iqtisadçılar qeyd edirlər.

Hakim koalisiya aşağı palatada çoxluğu itirdiyindən, fiskal siyasətin yumşaldılması ehtimalı artıb. Koalisiya dəstəyi almaq üçün vergi endirimləri və digər təşviqləri dəstəkləyən müxalifət partiyalarına müraciət etməlidir.

Xatırladaq ki, Yaponiya Bankı ötən gün uçot faiz dərəcəsini 0.25%-də sabit saxladı. Bu xəbərin ardından dollar/yena 153-ün üzərində 151-ə qədər düşmüşdü. Hazırda cütlük 152.62 səviyyəsində ticarət edilir.