Fiziki şəxslərin əmanətlərinin dollarlaşması sentyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 1,1 faiz bəndi azalaraq 34 faiz təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, cari ilin yanvar–sentyabr aylarında banklar tərəfindən 829,6 milyon manat xalis mənfəət, 1,268.7 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilib. Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 190,6 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Fiziki şəxslərin əmanətlərinin 65,4 faizi (9,063.1 milyon manat) milli valyutada, 34,6 faizi (4,786 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59,5 faizi (8,242.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri sentyabr ayında 0,3 faiz və ya 27,3 milyon manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 16,808.9 milyon manat (ay ərzində artım 6,2 faiz və ya 978,1 milyon manat) olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75,7 faizini təşkil edib.