McDonald’s səhmləri Nyu-York birjasında ABŞ-də zəhərlənmə xəbərlərindən sonra 9% ucuzlaşıb. Bildirilir ki, ən azı 49 nəfər zərər çəkib, 1 nəfər ölüb.

Banker.az xəbər verir ki, ticarət sessiyasının sonuna eniş tempi 5.8%-ə kimi azalıb. Qiymət 18.25 dollar ucuzlaşaraq 296.44 dollar olub.

Sentyabrın sonundan oktyabrın 11-dək Kanzas, Kolorado, Missuri, Nebraska və Viskonsin kimi on ştatda zəhərlənmə halları qeydə alınıb. On nəfər tibb müəssisələrinə yerləşdirilib. McDonald’s zəhərlənmələrin tədarükçülərin birindən aldığı soğan ilə bağlı ola biləcəyindən şübhələnir.