Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC inzibati binasının və data mərkəzinin könüllü sığortası üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar təkliflərini noyabrın 5-nə qədər “AzInTelecom”un yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə, 74 ünvanına təqdim edə bilərlər.

Təkliflərə noyabrın 5-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.