“Google” şirkəti sentyabrın 30-dan etibarən hesabların təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi ilə “Gmail” poçtu üçün yeni qaydaları təqdim edib. Milyonlarla istifadəçi daha az etibarlı sayılan proqramlardan, eləcə də müasir təhlükəsizlik protokollarını dəstəkləməyən cihazlardan istifadə etməklə yalnız istifadəçi adı və parol vasitəsilə öz məlumatlarına daxil ola bilməyəcək.

Bu qərar “Google” şirkətinin öz xidmətlərinin təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılması üzrə bir il əvvəl elan etdiyi genişmiqyaslı kampaniyasının bir hissəsidir və istifadəçilərə, habelə proqram tərtibatçılarına yeni qaydalara uyğunlaşmaq üçün vaxt verir. Son bir ay ərzində şirkət bütün populyar platformalarda (“Windows”, “macOS”, “Linux”, “Android”) özünün “Chrome” brauzeri üçün giriş düymələri də daxil olmaqla yeni təhlükəsizlik texnologiyasını fəal şəkildə tətbiq edir.

Yeni təhlükəsizlik sistemi məlumatların daha etibarlı mühafizəsini təmin edən “OAuth” avtorizasiyası protokoluna keçidi nəzərdə tutur. Siz daha “CalDAV”, “CardDAV”, IMAP, POP və “Google Sync” şəbəkə protokolları vasitəsilə yalnız istifadəçi adınızı və şifrənizi istifadə edərək “Gmail”ə daxil ola bilməyəcəksiniz.

Qeyd etmək vacibdir ki, dəyişikliklər yalnız “Google Workspace” istifadəçilərinə təsir edəcək. Şəxsi “Gmail” hesablarının sahibləri poçtlarına daxil olmaqdan narahat deyillər, lakin onlar bilməlidirlər ki, elektron poçt müştərisindən istifadə edərək IMAP girişi indi yalnız istifadəçi adı və şifrənizi ötürmədən üçüncü tərəfin tətbiqinə imkan verən “OAuth” (Açıq avtorizasiya) protokolu vasitəsilə həyata keçiriləcək.

“Google” yeni qaydalar qüvvəyə mindikdən sonra elektor poçta daxil olmaqda problemlərin qarşısını almaq üçün bir sıra addımlar atmağı tövsiyə edir. Xüsusilə, “Outlook 2016” və əvvəlki elektron poçt müştərisinin istifadəçiləri Microsoft 365-ə və ya “Windows” və “Mac” üçün “Outlook”un cari versiyalarına girişi təkmilləşdirməli olacaqlar.

Həmçinin “Thunderbird” və digər elektron poçt istifadəçisi öz “Google” hesabını yenidən əlavə etməli və “OAuth” vasitəsilə IMAP ilə işləmək üçün onun konfiqurasiyasını həyata keçirməlidir. Nəhayət, “iOS” və “macOS”da Mail tətbiqi istifadəçiləri “OAuth”u aktivləşdirmək üçün “Google” hesabına daxil olma seçimindən istifadə etməli olacaqlar ki, bu da hesabın silinməsi və yenidən əlavə edilməsini tələb edir.