Xarici investorlar, dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinə qarşı bədbinlik səbəbindən aprel-iyun dövründə ölkədən rekord kapital axını həyata keçiriblər.

Çinin Milli Xarici Valyuta Administrasiyasının (SAFE) məlumatlarına görə, Çinin tədiyə balansında birbaşa investisiya öhdəlikləri ikinci rübdə təxminən 15 milyard dollar azalaraq ikinci dəfə mənfi olub.

Birbaşa investisiyalar ilk 6 ayda təxminən 5 milyard dollar azalıb.

Əgər azalma ilin qalan hissəsində də davam edərsə, bu, məlumatların saxlanmağa başlandığı 1990-cı ildən bəri ilk illik xalis axın olacaq.

2021-ci ildə rekord həddə – 344 milyard dollara yüksələn xarici investisiyalar son illərdə azalıb. İqtisadiyyatın yavaşlaması və artan geosiyasi gərginlik bəzi şirkətlərin mövqelərini azaltmasına səbəb olub. Ölkədə elektrikli nəqliyyat vasitələrinə sürətli keçidə bəzi avtomobil şirkətləri  hazırlıqsız olub və şirkətlər investisiyalarını azaltmağa qərar veriblər.

Çin Ticarət Nazirliyinin daha əvvəl açıqladığı məlumatlar, ilin birinci yarısında yeni birbaşa investisiyaların pandemiyanın başladığı 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşdüyünü göstərib