“Absheron Hotel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 12 milyon 850 min manat məbləğdən 10 milyon 850 min manat məbləğə azaldığını elan edir.

Bu barədə “APA-Ecomnomics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Bildirilib ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Xəqani Rüstəmov küçəsi, 4C ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət 22.08.2013 tarixində dövlət qeydiyyatına alınıb, qanuni təmsilcisi isə Mehmet Balcıkdır.