Bu ilin yanvar-iyul aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 23 milyard 827,201 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 33,7 % artaraq 8 709 olub.
BFB-nin dövriyyəsinin 76,6 %-i, yaxud 18 milyard 243,220 milyon manatı repo əməliyyatları üzrə əqdlərin payına düşüb. Bu, illik müqayisədə 3,7 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7,5 % artaraq 4 329,042 milyon manat, korporativ qiymətli kağızları üzrə əqdlərin dəyəri isə 64,8 % artaraq 1 milyard 254,939 milyon manat olub.