“Hugo Boss” şirkəti Rusiya bazarını tərk edib.

Bu barədə NEXTA yazıb. Almaniya moda evi Rusiyadakı biznesini “Stockmann ASC”yə satıb. Satışın şərtlərindən biri bütün iş yerlərinin saxlanması olub.

Satış aprel ayında razılaşdırılıb. Müharibə başlayandan sonra şirkət Rusiyadakı mağazalarını bağlayıb.

Həmçinin Rusiya bazarında onlayn ticarəti dayandırıb və reklamı dayandırıb.