İstanbul Fond Birjası “Borsa İstanbul 100” indeksinin kəskin ucuzlaşmasından sonra ticarəti dayandırıb.

“Borsa İstanbul 100” avqustun 5-də ticarət sessiyasının əvvəlində 6.72% azalaraq 9 769 bənd olub. Kəskin eniş səbəbindən sistem Bakı vaxtı ilə saat 10:55-dən etibarən ticarəti avtomatik dayandırıb.

Bu, səhmlər, fyuçerslər, opsionlar, borc alətləri və repo əməliyyatları üzrə bazarlarda ticarətin dayandırılmasına səbəb olub.

Bakı vaxtı ilə saat 13:09-da BIST 100-də eniş 3.55%-ə qədər yavaşlayıb.

Türkiyə fond bazarına ABŞ-nin məşğulluq məlumatlarının açıqlanması və qlobal yavaşlama təsir edib. “Goldman Sachs”ın analitikləri ABŞ-də bir il ərzində tənəzzül ehtimalını 25%, “JPMorgan” isə 50% səviyyəsində qiymətləndirir, “Reuters” yazır.