Çinin “Lenovo” şirkəti (“Motorola” brendinin sahibi) incə korpusa malik yeni Edge 50 smartfonunu təqdim edib. Cihaz 8 GB RAM və 128 GB yaddaşa malikdir, dəyəri isə təxminən 335 dollardır. Yeniliyin avqustun 8-də satışa çıxarılacağı gözlənilir.

936

Edge 50 modeli həmçinin 6.67 düymlük OLED displey, Qualcomm Snapdragon 7 Gen 1 prosessoru, 50 MP əsas və 32 MP ön kamera, o cümlədən barmaq izi texnologiyası ilə təchiz edilib.

Ekstremal xarici şərtlərə qarşı dözümlü olan bu smartfon digər analoqlarla müqayisədə daha incə və yüngüldür. Cihazın qalınlığı cəmi 7.79 mm təşkil edir. Yenilik həm də sürətli yükləməni dəstəkləyir.

934

937